Bakı şəhər sakini R.Qasımova məxsus avtomobildən oğurluğa cəhd göstərmiş paytaxt sakini İ.Əlizadə tutulmuşdur
18.12.2015Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 18-də Bakı şəhər sakini Rəşad Qasımova məxsus “Mitsubishi” markalı avtomobildən oğurluğa cəhd göstərmiş paytaxt sakini İbrahim Əlizadə tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun paytaxt sakini Ruslan Məmmədovla birgə daha 4 nəfərə məxsus avtomobillərdən pul, mobil telefon və sənəd oğurlamaları da müəyyən edilmişdir.
Həyata keçirilmiş tədbirlərlə R.Məmmədov da tutulmuşdur.