Oğurluq etmiş Şirvan şəhər sakinləri Elçin Əliyev və Zahid Abbasov tutulmuşlar
16.12.2015Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri M.Səmədovaya, R.Yaqubova və E.Muradova məxsus evlərdən, habelə M.Qurbanovaya məxsus mağazadan pul, qızıl, geyim və məişət əşyaları oğurlamış, eləcə də İ.Soltanova məxsus mağazadan oğurluğa cəhd göstərmiş həmyerliləri Elçin Əliyev və Zahid Abbasov tutulmuşlar.