DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüş, yabanı halda bitmiş çətənə kolları məhv edilmişdir

27.07.2007

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Sabunçu RPİ 14-cü PB əməkdaşları Bakı şəhər sakini Azəri Mirzəyevdən 0,31 qram heroin, Səbail RPİ əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şahin Məmmədovdan 0,211 qram heroin, Sumqayıt ŞPİ əməkdaşları şəhər sakini Murad Xanbalayevdən 0,227 qram heroin, Nəsimi RPİ 19-cu PB əməkdaşları Rusiya Federasiyası vətəndaşı, əvvəllər məhkum olunmuş Paşa Mehdiyevdən 0,27 qram həşiş götürmüşlər. DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Əli Bayramlı şəhər sakini Elməddin Məmmədovdan 0,07 qram həşiş və 0,007 qram heroin götürülmüşdür. E.Məmmədova narkotik vasitəni satmış Əli Bayramlı şəhər sakini Vüqar Cəbrayılov tutulmuşdur. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Qazax RPŞ əməkdaşları Yuxarı Salahlı kəndinin ərazisindən 0,2 hektar sahədən yabanı halda bitmiş, çəkisi 1700 kiloqram olan 7600 ədəd, Qax RPŞ əməkdaşları Turaclı kəndinin ərazisində 4,6 hektar sahədən yabanı halda bitmiş, çəkisi 17 ton olan 640 kiloqram olan 11390 ədəd çətənə çətənə kollarını yığaraq məhv etmişlər.