Oğurluq etdiyinə görə tutulmuş paytaxt sakini Nəriman Qədirovun digər cinayət əməli də müəyyən edilmişdir
08.12.2015Cari il noyabr ayının 29-dan dekabr ayının 7-dək olan müdddətdə Sabunçu rayonunun Nardaran qəsəbəsində Bakı şəhər sakini Münəvvər Əliyevaya məxsus evdən pəncərədən girmək yolu ilə 300 manat və məişət əşyaları oğurlanmışdır.
Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərdən paytaxt sakini Nəriman Qədirov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun dekabrın 4-də Hicran Məmmədovanın evindən məişət əşyaları və elektrik alətləri oğurlaması da müəyyən edilmişdir.