DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini Vasif Kərimovu hədələyərək idarə etdiyi avtomaşını almağa cəhd göstərmiş şəxslər tutulmuşlar

25.07.2007

Saat 05.10 radələrində 2 naməlum şəxs Səbail rayonu Neftçilər prospektində Bakı şəhər sakini Vasif Kərimovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşına sərnişin qismində oturub küt alətlə onu hədələyərək avtomaşını almağa cəhd göstərmişlər. Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Ceyhun Adıgözəlov və Orxan Abbasov tutulmuşlar. Səbail RPİ tərəfindən araşdırmalar aparılır.