Yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilmiş Ağdam rayon sakini Əli Əliyev orada ölmüşdür
07.12.2015Dekabrın 4-də Ağdam rayonunun Kiçikli kəndində rayon sakini Rəis Mürsəlov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmyerlisi Əli Əliyevi vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş Ə.Əliyev dekabrın 7-də orada ölmüşdür.
Araşdırmalar aparılır.