Xətai rayonu Neapol küçəsi ev 22-də təbii qazın sızmasından partlayış baş vermişdir
25.07.2007Saat 15.00 radələrində Xətai rayonu Neapol küçəsi ev 22-də yaşayan Əli Həsənovun evində təbii qazın sızmasından partlayış baş vermişdir. Nəticədə mətbəxin pəncərə şüşələri sınmış, arakəsmə divar uçmuş, Ə.Həsənovun qızı Aişə, oğlu Sənan və gəlini Elmira isə yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir. Araşdırmalar aparılır.