Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ümumilikdə 25 ton mənşəyi məlum olmayan və qida üçün yararsız ət məhsulu aşkar edilmişdir

01.12.2015

Cari il noyabr ayının 30-da DİN-in Karantin Tədbirlərini Təmin edən Əlahiddə Polis Taboru və Kənd Təsərrüfatı Nazirliyi əməkdaşları tərəfindən Qaradağ rayonu ərazisində Yevlax rayon sakini Elşən Süleymanovun idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı 5 ton mənşəyi məlum olmayan və qida üçün yararsız ət məhsulu aşkar edilmişdir.

Araşdırmalar zamanı həmin ət məhsulunun Bərdə rayon sakini Seyfəddin Novruzova məxsus olması müəyyən edilmişdir.

S.Novruzovun evinə baxış zamanı 20 ton mənşəyi məlum olmayan və qida üçün yararsız ət məhsulu aşkar edilərək götürülmüş və yoxlanılması üçün Baytarlıq Laboratoriyasına təhvil verilmişdir.