Şəki rayonunun İnçə kəndində yol-nəqliyyat hadisəsi
29.11.2015Noyabrın 29-da saat 19 radələrində Şəki rayonunun İnçə kəndində şəhər sakini Bayram Rəhimov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən kənd sakini Abid Ziyəddinovu vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş A.Ziyəddinov orada ölmüşdür.
Şəki ŞRPŞ tərəfindən araşdırma aparılır.