Xəzər rayonunun Şüvəlan qəsəbəsində ov tüfəngindən atəş açaraq 1 nəfəri öldürmüş, 1 nəfərə isə xəsarət yetirmiş Lerik rayon sakini İ.Bəbirov tutulmuşdur
21.11.2015Noyabrın 21-də Xəzər rayonunun Şüvəlan qəsəbəsində Lerik rayon sakini İsgəndər Bəbirov qısqanclıq zəminində ov tüfəngindən atəş açaraq Bakı şəhər sakinləri Malik Muradovu qətlə yetirmiş, Nicat Şəmiyevə isə bıçaqla ayaq nahiyəsindən xəsarət yetirmişdir.
Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Bəbirov tutulmuşdur. Hadisə yerindən ov tüfəngi götürülmüşdür.
Araşdırmalar aparılır.