Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ucar dəmir yolu stansiyası ərazisində yerləşən köşkdən alver edərkən satıcılara saxta əskinaslar vermiş şəxslər saxlanılmışlar

21.11.2015

Noyabrın 21-də Ucar şəhər sakinləri Həsən Mirzəyev və Elşən Həsənov Yevlax Xətt Polis Şöbəsinə müraciət edərək həmin gün saat 03 radələrində Ucar dəmir yolu stansiyası ərazisində yerləşən köşkdə naməlum şəxsin onların hər birinə saxta 10 manatlıq əskinas verərək alver etməsini bildirmişlər.

Yevlax Xətt Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Beyləqan rayon sakini Rəhim İbrahimov və Bakı şəhər sakini Elnur Baxşəliyev saxlanılmışlar. Onlardan 1 ədəd saxta 1 manatlıq əskinaz, 1 ədəd beşbarmaq və 1 ədəd beşbarmağa taxılan xəsarət yetirici götürülmüşdür.