Ucar dəmir yolu stansiyası ərazisində yerləşən köşkdən alver edərkən satıcılara saxta əskinaslar vermiş şəxslər saxlanılmışlar
21.11.2015Noyabrın 21-də Ucar şəhər sakinləri Həsən Mirzəyev və Elşən Həsənov Yevlax Xətt Polis Şöbəsinə müraciət edərək həmin gün saat 03 radələrində Ucar dəmir yolu stansiyası ərazisində yerləşən köşkdə naməlum şəxsin onların hər birinə saxta 10 manatlıq əskinas verərək alver etməsini bildirmişlər.
Yevlax Xətt Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Beyləqan rayon sakini Rəhim İbrahimov və Bakı şəhər sakini Elnur Baxşəliyev saxlanılmışlar. Onlardan 1 ədəd saxta 1 manatlıq əskinaz, 1 ədəd beşbarmaq və 1 ədəd beşbarmağa taxılan xəsarət yetirici götürülmüşdür.