Xırdalan şəhərindəki mağazalardan birindən oğurluğa cəhd göstərmiş şəhər sakini T.Abbasov saxlanılmışdır
12.11.2015Noyabrın 12-də saat 02 radələrində Xırdalan şəhərindəki mağazalardan birindən Baş Mühafizə İdarəsinə “həyəcan” siqnalı daxil olmuşdur. Abşeron Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən dərhal görülmüş tədbirlərlə mağazanın giriş qapısını sındıraraq oğurluğa cəhd göstərmiş şəhər sakini Tural Abbasov saxlanılmış və RPİ-yə təhvil verilmişdir.