Oğurluq etmiş Bakı şəhər sakini Q.Məmmədov tutulmuşdur
11.11.2015Cari il oktyabr ayının 28-də Qaraçuxur qəsəbəsində qəsəbə sakini Zaur Cəfərova məxsus “Opel” markalı avtomobildən maqnitofon oğurlanmışdır.
Suraxanı RPİ 32-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Qərib Məmmədov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Sədafət Məmmədova məxsus “Mercedes” markalı avtomobildən və Ramin Bəkirova məxsus mağazadan pul, qızıl əşyalar və tütün məmulatı oğurlaması da müəyyən edilmişdir.