Lerik rayon sakini Fədai Kərimov bədbəxt hadisə nəticəsində yüngül yanıq xəsarəti almışdır
04.11.2015Noyabrın 4-də Xətai rayonu ərazisində yaşayan Xəyyam Xəlilova məxsus evdə təmir işləri görülən zaman kimyəvi məhlulun (aseton) aşması nəticəsində yanğın baş vermişdir. Nəticədə 8 kvm. sahədəki əşyalar yanmış, orada usta işləyən Lerik rayon sakini Fədai Kərimov ayaq nahiyəsindən yüngül yanıq xəsarəti almışdır.
Araşdırmalar aparılır.