Bakı şəhər sakini Seymur Hüseynov tutulmuşdur
03.11.2015Noyabrın 3-də paytaxtın Nizami rayonu ərazisində şəxsiyyəti məlum olmayan 3 nəfər Bakı şəhər sakini Orxan Əjdərliyə zor tətbiq edib mobil telefonunu almışdır.
Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərdən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Seymur Hüseynov tutulmuşdur.
Araşdırmalar aparılır.