Lənkəran rayonunun Şilavar kəndində yol-nəqliyyat hadisəsi
03.11.2015Noyabrın 3-də saat 23 radələrində Lənkəran rayonunun Şilavar kəndində rayon sakini Ravid Qurbanov idarə etdiyi “Daewoo” markalı avtomobili yolun kənarında dayanmış həmyerlisi Şahin Lütfizadəyə məxsus “Ford” markalı avtomobilə vurmuşdur. Nəticədə R.Qurbanov və sərnişini xəstəxanaya yerləşdirilmiş, R.Qurbanov orada ölmüşdür.
BDYPİ tərəfindən araşdırma aparılır.