Oktyabrın 31-də Z.Həsənovdan soyğunçuluq yolu ilə alınmış avtomobil Nardaran qəsəbəsinin ərazisində tapılmışdır
01.11.2015Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 31-də Zahir Həsənovdan soyğunçuluq yolu ilə alınmış “Opel” markalı avtomobil noyabrın 1-də Nardaran qəsəbəsinin ərazisində tapılmış, hadisənin Bakı şəhər sakini Ceyhun Mütəllimzadə tərəfindən törədilməsi müəyyən edilmişdir.