Yevlax şəhərində yol-nəqliyyat hadisəsi
23.10.2015Oktyabrın 24-də saat 19 radələrində Yevlax şəhərində Bakı şəhər sakini Nemət Seyfullayevin idarə etdiyi “Range Rover” və Daşkəsən rayon sakini Etibar Əliyevin idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşmuşdur. Nəticədə N.Seyfullayevin xəsarət almış sərnişini, Cəlilabad rayon sakini Zahir Ələkbərov xəstəxanaya aparılarkən yolda ölmüşdür.
BDYPİ tərəfindən araşdırma aparılır.