Suraxanı rayonunun Qaraçuxur qəsəbə sakini Sənan İsmayılova tüfəngdən açdığı atəşlə xəsarət yetirmiş Vəli Əhmədov tutulmuşdur
19.10.2015Oktyabrın 20-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində Rusiya Federasiyası vətəndaşı Vəli Əhmədov münaqişə zəminində tüfəngdən açdığı atəşlə qəsəbə sakini Sənan İsmayılova xəsarət yetirmişdir. S.İsmayılov xəstəxanaya yerləşdirilmişdir.
Suraxanı RPİ 32-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Əhmədov tutulmuş, hadisəni törədərkən istifadə etdiyi “Vinçester” markalı tüfəng, 4 ədəd patron və 1 ədəd giliz götürülmüşdür.