Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sumqayıt şəhərində avtobus sürücüsü S.Ağayev münaqişə zəminində sərnişini B.Babaverdiyev tərəfindən bıçaqlanması nəticəsində ölmüşdür

14.10.2015

Oktyabrın 15-də saat 08 radələrində Sumqayıt şəhər sakini Səmid Ağayevin idarə etdiyi “Hyundai” markalı avtobus 2-ci mikrorayonun ərazisində hərəkətdə olarkən sərnişini, Laçın rayon sakini Bəhruz Babaverdiyev münaqişə zəminində ona bıçaqla xəsarət yetirmişdir. İdarəetmə itirildiyindən avtobus İnşaatçılar qəsəbə sakini Qürbət Əsədovun idarə etdiyi “Mercedes” markalı mikroavtobusa dəymişdir.

S.Ağayev xəstəxanaya aparılarkən aldığı bıçaq xəsarətindən ölmüşdür.

Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində B.Babaverdiyev tutulmuşdur.

14.10.2015 tarixinə olan kriminal məlumatlar