Gəncə şəhərində “Chevrolet” markalı avtomobillə Göygöl rayon sakini V.Musayev vurulmuşdur
14.10.2015Oktyabrın 15-də saat 08 radələrində Gəncə şəhərində Göygöl rayon sakini Rəşad Məmmədov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən həmyerlisi Valeh Musayevi vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.
R.Məmmədov izahatında V.Musayevin ondan öncə müəyyən edilməmiş digər avtomobillə vurulmasını bildirmişdir.
Nizami (Gəncə) RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.