Göygöl rayonunun Hacıməlik kəndində yol-nəqliyyat hadisəsi
06.10.2015Oktyabrın 7-də saat 20 radələrində Göygöl rayonunun Hacıməlik kəndində kənd sakini Qəmşəddin Məmmədov idarə etdiyi “VAZ-21061” markalı avtomobili yol ayırıcısına vurmuşdur. Nəticədə sürücü və sərnişinlərindən Gəncə şəhər sakini Yaqut Məmmədova hadisə yerində ölmüş, digər 2 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
BDYPİ tərəfindən araşdırma aparılır.