Oğurluğa cəhd göstərmiş Şirvan şəhər sakini İlham Zeynalov saxlanılmışdır
04.10.2015Oktyabrın 5-də Şirvan şəhərindəki mağazalardan birindən Şəhər Mühafizə Şöbəsinə “həyəcan” siqnalı daxil olmuşdur. Həyata keçirilmiş əməliyyat tədbirləri ilə oranın dam örtüyünü sökməklə oğurluğa cəhd göstərmiş şəhər sakini İlham Zeynalov saxlanılmış və Şəhər Polis Şöbəsinə təhvil verilmişdir.