Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ağsu rayonunun Nüydü kənd sakini Əbülfəz Rüstəmovdan narkotik vasitələr aşkar edilərək götürülmüşdür

02.10.2015

Ağsu RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 3-də Nüydü kəndinin meşə zolağında kənd sakini Əbülfəz Rüstəmov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 25 kiloqram olan 42 ədəd çətənə kolu, habelə 1 kiloqram 970 qram marixuana və 2 qram tiryək aşkar edilərək götürülmüşdür. Onun evinə baxış zamanı isə 18 qram marixuana, “VAZ-21011” markalı avtomobildən isə 7 qram çətənə bitkisinin yarpaqları aşkar edilərək götürülmüşdür.