Qusar rayonunun Əniğ kənd sakini Nuviddin Soltanovu bıçaqla qətlə yetirmiş Zeybala Əliyev tutulmuşdur
27.09.2015Sentyabrın 28-də Qusar rayonunun Əniğ kəndində kənd sakini Zeybala Əliyev münaqişə zəminində həmkəndlisi Nuviddin Soltanova bıçaqla xəsarət yetirib hadisə yerini tərk etmiş, N.Soltanov isə hadisə yerində ölmüşdür.
Qusar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Əliyev tutulmuşdur.