Bakı şəhər sakini Vüsal Həsənov tutulmuşdur
26.09.2015Sentyabrın 27-də Nəsimi rayonunun Azadlıq prospektində naməlum şəxs Bakı şəhər sakini Erol Bayramova zor tətbiq edib mobil telefonunu almışdır.
Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Vüsal Həsənov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Elgün Ağayevə məxsus “Ford-Transit” markalı avtomobildən mobil telefon oğurlaması, habelə Ayxan Qarayevə, Rəsul Dinlerə, Eldar Cahangirbəyova, İbrahim Məmmədova, Yaşar Cabbarova, Sadiq Quliyevə, Səbuhi Cəfərliyə və Orxan Mikayıllıya qarşı dələduzluq etməsi də müəyyən edilmişdir.
Nəsimi RPİ tərəfindən araşdırma aparılır.