Gəncə şəhər sakini Anar Məcməddinov saxlanılmışdır
24.09.2015Sentyabrın 25-də Gəncə şəhər sakini Ş.M (qadın) Nizami (Gəncə) RPİ-yə müraciət edərək həmin gün həmyerlisi Anar Məcməddinovun onu sosial şəbəkədə rüsvay edəcəyi və ailəsinə böhtan ataçağı ilə hədələyib 530 manat tələb etməsini, cari il iyul ayından sentyabr ayınadək olan müddətdə isə 7000 manat pulunu və qızıl əşyalarını almasını bildirmişdir.
Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Məcməddinov saxlanılmışdır. Araşdırma aparılır.