Qəbələ şəhərində yol-nəqliyyat hadisəsi
22.09.2015Sentyabrın 23-də saat 13 radələrində Qəbələ şəhərində Oğuz rayon sakini Rüfət Babayevin idarə etdiyi “Hyundai” markalı avtobus və Siyəzən rayon sakini Ceyhun Həmidovun idarə etdiyi “UAZ” markalı avtomobil toqquşmuşdur. Nəticədə C.Həmidovun sərnişinlərindən Qəbələ rayon sakini Elmir Maqsudov hadisə yerində ölmüş, özü və digər sərnişini, habelə R.Babayev və 5 sərnişini xəstəxanaya yerləşdirilmişlər.
BDYPİ tərəfindən araşdırma aparılır.