Sumqayıt şəhərində yaşayan Yeganə Mirzəyevanı qətlə yetirməkdə şübhəli bilinən Vahid Vəliyev tutulmuşdur
21.09.2015Avqustun 25-də Sumqayıt şəhərində yaşayan Yeganə Mirzəyeva evdən çıxmış, geri qayıtmamışdır.
Sentyabrın 22-də Abşeron rayonu Qobu qəsəbəsinin ərazisində Y.Mirzəyevanın baş nahiyəsində xəsarəti olan, çürüməyə məruz qalmış meyiti tapılmışdır.
Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisənin münaqişə zəminində Sumqayıt şəhər sakini Vahid Vəliyev tərəfindən törədilməsi müəyyən edilmiş və o, tutulmuşdur.