Soyğunçuluq etdiyinə görə tutulmuş Rəhman Məhərrəmovun digər cinayət əməlləri də müəyyən edilmişdir
17.09.2015Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 12-də Mehrab Muradova qarşı soyğunçuluq etmiş Rəhman Məhərrəmov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Nizami Abbasova və Vaqif Kərimova məxsus mağazalardan pul, ərzaq məhsulları, tütün məmulatı və danışıq kartları, Hacırza Mirzəyevə məxsus məişət əşyalarını, habelə Daşdəmir İsmayılova məxsus mağazadan ərzaq məhsulları oğurlaması da müəyyən edilmişdir.