Sabunçu rayonu Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi
11.07.2007Saat 08.10 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsində, qəsəbə sakini Etibar Bayramovun idarə etdiyi "Tofaş" markalı və Bakı şəhər sakini Kərəm Məmmədkərimovun idarə etdiyi "Daewoo" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə E.Bayramov hadisə yerində ölmüş, xəsarət almış K.Məmmədkərimov və sərnişinləri, Bakı şəhər sakinləri Qabil Əliyev, Vüsal Cəlilov və Vüqar Allahverdiyev xəstəxanaya yerləşdirilmişlər.