Oğurluq etdiyinə görə tutulmuş Cəbrayıl rayon sakini Nuri Behbudovun digər cinayət əməlləri də müəyyən edilmişdir
14.09.2015Binəqədi RPİ 40-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyunun 29-da Sərxan Məmmədovun evindən qızıl və məişət əşyaları oğurlamış Cəbrayıl rayon sakini, əvvəllər məhkum olunmuş Nuri Behbudov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Asif Hüseynova və Həsən Əsədova məxsus evlərdən pul, qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.