Bərdə rayon sakini S.Məmmədovu döyərək pulunu və mobil telefonunu almış 4 nəfərin şəxsiyyəti müəyyən edilmişdir
13.09.2015Sentyabrın 14-də 4 nəfər naməlum şəxs paytaxtın Nəsimi rayonu ərazisində Bərdə rayon sakini Sənan Məmmədovu döyərək 300 manatını və mobil telefonunu almışdır.
Nəsimi RPİ 19-cu PB və Çevik Polis Alayı əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Şamaxı rayon sakini Asdan Kərimov, Sabirabad rayon sakini Şahin Muradov, Ağsu rayon sakini Tacir Rəhimov və Bakı şəhər sakini Rəqsanə Quliyeva tutulmuşlar.