Quldurluq etdiklərinə görə tutulmuş İlham Abbasovun, Əli Quliyevin və Teyyub Teymurovun digər cinayət əməlləri də müəyyən edilmişdir
09.09.2015Quldurluq etdiklərinə görə sentyabrın 6-da tutulmuş İlham Abbasovun, Əli Quliyevin və Teyyub Teymurovun ətrafında Xəzər RPİ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların quldurluq yolu ilə Gülarə Əhmədovanın 5000 ABŞ dollarını, Nelli Seyfullayevanın 1000 manatını və mobil telefonunu almaları da müəyyən edilmişdir.
N.Seyfullayeva Xəzər RPİ-yə müraciət edərək həmin şəxslərin cari il fevral ayının 7-də ona məxsus evə pəncərədən girmələrini, onu və əri Rəhimi alışqan-tapança ilə hədələyib, əllərini iplə bağlayaraq 4500 manat və qızıl boyunbağı aparmalarını bildirmişdir.