Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində yol-nəqliyyat hadisəsi
05.09.2015Sentyabrın 6-da saat 02 radələrində Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Səmayə Bayramova vurulmuş və nəticədə piyada xəstəxanaya yerləşdirilmişdir.
Binəqədi RPİ 7-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş “VAZ-2107” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Seyran Vəliyev saxlanılmışdır.