Cəlilabad şəhər sakini Babək Abışov tutulmuşdur
01.09.2015Cari il iyun ayının 11-də Cəlilabad şəhər sakini Asif Əliyevə məxsus yardımçı təsərrüfatdan 17 ev quşu oğurlanmışdır.
Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmyerlisi, əvvəllər məhkum olunmuş Babək Abışov tutulmuşdur.