Göyçay rayonunun Bığır kəndində yol-nəqliyyat hadisəsi
07.07.2007Saat 18.00 radələrində Göyçay rayonunun Bığır kəndində, kənd sakini Murad Mehdiyevin idarə etdiyi "VAZ-2106" markalı və Mətləb Əliyevin idarə etdiyi "VAZ-21011" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə M.Əliyev və sərnişini Vaqif Hüseynov, eləcə də M.Mehdiyev və sərnişinlərindən, Göyçay rayon sakini Azər Mehdiyev hadisə yeriendə ölmüş, xəsarət almış digər sərnişini, Ağsu rayon sakini Əsgər Söhbətov xəstəxanaya yerləşdirilmişdir.