Narkotik vasitə ilə tutulmuş Rövşən Kərimovun digər cinayət əməli də müəyyən edilmişdir
30.08.2015Avqustun 29-da narkotik vasitə ilə tutulmuş Rövşən Kərimovun ətrafında Yevlax RPŞ və Mingəçevir ŞPŞ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun avqustun 27-də Mingəçevir şəhər sakini Eldəniz Əliyevlə birgə Samirə Məmmədovanın 60 manatını soyğunçuluq yolu ilə alması da müəyyən edilmişdir.
Həyata keçirilmiş əməliyyat tədbirləri ilə E.Əliyev Mingəçevir şəhərində tutulmuşdur.