2 baş inək oğurlamış Şabran rayon sakini Elxan Şahbazovun digər cinayət əməli də müəyyən edilmişdir
30.08.2015Şabran RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 29-da Azad Səlimova məxsus 2 baş inəyi oğurlamış rayon sakini Elxan Şahbazov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmyerliləri Şahin Abdullayev və Məhəmməd Yolçuyevlə birgə avqust ayının 22-də şəhər sakini Mirzə Əhmədova məxsus 1 baş inəyi oğurlamaları da müəyyən edilmişdir.
Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ş.Abdullayev və M.Yolçuyev də tutulmuşlar.