Bir nəfəri qətlə, digərinə xəsarət yetirmiş Əmircan qəsəbə sakini İbrahim Dadaşov könüllü olaraq təslim olmuşdur
28.08.2015Avqustun 29-da Suraxanı rayonunun Əmircan qəsəbəsində qəsəbə sakini İbrahim Dadaşov münaqişə zəminində həmyerliləri Elşən İsrafilova və onun qardaşı Elçinə bıçaqla xəsarət yetirmişdir. Xəstəxanaya yerləşdirilmiş Elşən orada ölmüşdür.
İ.Dadaşov könüllü olaraq 31-ci PB-yə gələrək istintaqa təslim olmuşdur.