Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Bakı şəhər sakini Emil Manaşirov ölmüşdür
27.08.2015Avqustun 21-də saat 15 radələrində Xırdalan şəhərində İmişli rayon sakini Samid Heydərovun idarə etdiyi “Wolksvagen” markalı avtomobillə Bakı şəhər sakini Emil Manaşirovun idarə etdiyi dövlət qeydiyyat nişanları olmayan motosiklet toqquşmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş E.Manaşirov avqustun 27-də orada ölmüşdür.
Abşeron RPİ tərəfindən araşdırma aparılır.