İdarə etdiyi avtomobillə YPX əməkdaşını vuran şəxs saxlanılmışdır
21.08.2015Avqustun 23-də saat 01 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində polis serjantı Aydın Babayev xidmətdən kənar vaxtı idarə etdiyi “Mercedes” markalı avtomobillə orada “BMW” markalı avtomobildə xidmətdə olan Bakı BPİ DYPİ YPX-nin inspektoru, polis serjantı Samir Dənziyevi vurub hadisə yerini tərk etmişdir.
S.Dənziyev xəstəxanaya yerləşdirilmişdir.
Görülmüş tədbirlərlə A.Babayev saxlanılmışdır.Araşdırma aparılır.