Pirallahı qəsəbəsində Yüksək Texnologiyalar Parkının ərazisindən inşaat materilları oğurlayıb aparan şəxslər tutulmuşlar
20.08.2015Avqustun 21-də Pirallahı qəsəbəsində Yüksək Texnologiyalar Parkının ərazisindən naməlum şəxslər “Mercedes” markalı avtomobildə inşaat materilları oğurlayıb apararkən orada briqadir işləyən Ağstafa rayon sakini Şamxal Bayramov “VAZ-2107” markalı avtomobillə onların qarşısını kəsmişdir. Lakin onlar avtomobili vuraraq hadisə yerini tərk etmişlər.
Pirallahı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətmiş Elməddin Hüseynov, Şəhriyar Cavadov və Tacı Əmrullayev tutulmuşlar.
E.Hüseynovun Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci (quldurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilmişdir.