Zaqatala şəhərində N.Voytenkonun evindən pul oğurlamış və evin qonağını döymüş rayon sakini M.İsayev tutulmuşdur
18.08.2015Avqustun 14-də Zaqatala şəhərində yaşayan Nila Voytenko RPŞ-yə müraciət edib evinə gəlmiş naməlum şəxs tərəfindən 700 manatını oğurlamasını və qonağı Mesed Qazıyevanın döyülməsini bildirmişdir. RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakini, əvvəllər məhkum olunmuş Mübariz İsayev tutulmuşdur.