Masallı rayon sakini R.Eyvazovaya məxsus mal-qaranı oğurlamış rayon sakini B.Fətullayev tutulmuşdur
17.08.2015Avqustun 15-də və 17-də Masallı rayonunun 2-ci Yeddioymaq kənd sakini Rahilə Eyvazovaya məxsus yardımçı təsərrüfatdan 2 baş qoyun oğurlanmışdır.
Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakini Bakir Fətullayev tutulmuşdur.