Paytaxtın Nizami rayonunda yol-nəqliyyat hadisəsi
16.08.2015Avqustun 18-də saat 01 radələrində paytaxtın Nizami rayonunda Bakı şəhər sakini Lətafət Əliyeva idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarında quraşdırılmış dayanacağa vurmuşdur. Nəticədə onun qızı Dəniz və dayanacaqda olan paytaxt sakini Ruslan Dəmirov xəstəxanaya yerləşdirilmiş, R.Dəmirov orada ölmüşdür.
Nizami RPİ tərəfindən araşdırma aparılır.