Göyçay rayon sakini Ş.Məmmədova məxsus evdə yanğın baş vermişdir
12.08.2015Avqustun 13-də saat 18 radələrində Göyçay rayonunun Şəhadət Qarabağlar kənd sakini Şamo Məmmədova məxsus evdə yanğın baş vermişdir. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, Ş.Məmmədovun arvadı Elnarə yüngül yanıq xəsarəti almışdır.