Ağcabədi şəhərində yaşayan İ.Əhmədova tüfəngdən atəş açaraq yüngül xəsarət yetirmiş Ə.Əliyev tutulmuşdur
09.08.2015Avqustun 11-də Ağcabədi şəhərində yaşayan İdris Əhmədovun həyətinə gəlmiş tanışı Əli Əliyev pul borcu ilə əlaqədar aralarında baş vermiş münaqişə zəminində tüfəngdən açdığı atəşlə İ.Əhmədova yüngül xəsarət yetirmişdir.
RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Əliyev tutulmuş, hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olan “TOZ” markalı tüfəng götürülmüşdür.