Ov tüfəngindən atəş açaraq həmkəndlisini qətlə yetirmiş Hacıqabul rayon sakini S.Şirəliyev tutulmuşdur
07.08.2015Avqustun 8-də Hacıqabul rayonunun Kolanı kəndində kənd sakini Sərhəd Şirəliyev münaqişə zəminində ov tüfəngindən atəş açaraq həmkəndlisi Habil Ədilovu qətlə yetirmişdir.
Hacıqabul RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Şirəliyev tutulmuş və ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olan “Tula” markalı tüfəng götürülmüşdür.